“Liverpul” Premyer Liqada son dörd oyunu uduzub. İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Mersisayd klubunun liderlərini – müdafiəçi Vircil van Deyk və hücumçu Məhəmməd Salahı sərt tənqid edib.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı keçmiş futbolçusu “The Wayne Rooney Show” podkastında bildirib:
“İndi baş məşqçi və komandadakı liderlər hər şeyi tez başa düşüb düzəltməlidirlər. Van Deyk və Salah yeni müqavilə imzalayıblar, amma məncə, bu mövsüm onlar komandanın həqiqi liderləri olmayıblar. Bədən dili çox şey deyir və görünür ki, hər şey qaydasında deyil. Onlar komandanın ən yaxşı oyunçularıdır və əhval-ruhiyyələri digər oyunçulara təsir göstərir. Əgər mən ‘Liverpul’ azarkeşi olsaydım, bu məni çox narahat edərdi”.
Hazırda “Liverpul” Premyer Liqa cədvəlində 7-ci pillədə qərarlaşıb.