Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə ötən ayın işsizlik səviyyəsi 8,6 faiz təşkil edib.
Banco.azxəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı sentyabr ayı işçi qüvvəsi göstəriciləri ölkədə işsizlikdə cüzi də olsa artım olduğunu ortaya qoyub.
Məlumata görə, 15 və yuxarı yaş qrupunda işsizlərin sayı 2025-ci ilin sentyabrında əvvəlki aya nisbətən 12 min nəfər artaraq 3 milyon 75 min nəfərə çatıb. İşsizlik səviyyəsi isə dəyişməyərək 8,6 faiz olaraq qalıb. Bu göstərici kişilər arasında 7,4 faiz, qadınlarda isə 11,1 faiz səviyyəsində olub.
Mövsüm təsirlərindən təmizlənmiş məşğulluq göstəricilərinə əsasən, sentyabrda məşğul əhalinin sayı əvvəlki aya görə 200 min nəfər azalaraq 32 milyon 491 min nəfərə düşüb. Ölkədə ümumi məşğulluq səviyyəsi 48,9 faiz olaraq qeydə alınıb. Kişilərdə bu rəqəm 66,3 faiz, qadınlarda isə 31,8 faiz kimi müəyyənləşdirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!