AZ

Bu şəxslərə sürücülük vəsiqəsi verilmir

Sürücülük vəsiqəsi almaq istəyən hər kəs müəyyən tələbləri yerinə yetirməlidir. Əsas şərtlər arasında uyğun yaş həddi, tibbi müayinədən keçmək və nəzəri-praktiki imtahanları uğurla vermək yer alır. Namizədin sağlamlıq durumu avtomobil idarə etməyə imkan verməli, həmçinin qanun qarşısında məhdudiyyətinin olmaması vacibdir.Metbuat.az-ın məlumatına görə, bəzi şəxslərə ümumiyyətlə, sürücülük vəsiqəsi verilmir. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 14-cü maddəsindən 40-cı maddəsinədək göstərilən hallara uyğun gələn şəxslər sürücülük vəsiqəsi ala bilməzlər.Qeyd edək ki, vəsiqə almaq üçün şəxsiyyət vəsiqəsi, tibbi arayış, təhsil sənədi və sürücülük kursunu bitirdiyini təsdiqləyən arayış təqdim olunmalıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
32
metbuat.az

1Mənbələr