AZ

“Red Bull" pilotlarının seçimi mövsümün sonunda müəyyənləşəcək”

“Red Bull”un autosport üzrə müşaviri Helmut Marko 2026-cı mövsüm üçün komandanın pilot heyəti barədə qərarın mövsümün sonuna yaxın açıqlanacağını bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Servus TV" Markonun dediklərini belə çatdırıb.

“Bu məsələni komanda daxilində müzakirə etdik və qərara gəldik ki, tam diqqətimizi çempionluq uğrunda mübarizəyə yönəldək. Çempionluq uğrunda mübarizə bu qədər gərgin olacağını gözləmirdik. Buna görə də pilotların seçimi Doha və ya Abu Dabidə yaxın matçlara qədər təxirə salındı”.

Qeyd edək ki, hazırda komandada Maks Verstappen və Yuki Tsunoda çıxış edir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr