AZ

Luis Həmilton FIA-ni ikili standartlarda ittiham etdi

“Ferrari” pilotu Luis Həmilton Meksika Qran-Prisində 4-cü döngədə tras limitlərini pozduğu və üstünlük əldə etdiyi üçün 10 saniyəlik cəza aldı, lakin Maks Verstappen eyni hərəkətlərinə görə cəzadan yan keçib.

90deqiqe.Az “Sportskeeda”ya istinadən xəbər verir ki, bu səbəbdən Həmilton FIA-nı ikili standartlarda ittiham edib.Həmilton ötmə cəhdindən sonra “Red Bull” pilotuna qarşı kənara çıxmağa çalışdığını bildirib. 

“Əslində, rəhbər orqana qarşı məyusluq hissi keçirirəm. Bu ikili standartdır, görürsünüz, hər şey belədir”.

Xatırladaq ki, yarış hakimləri daha əvvəl Həmiltonun 10 saniyəlik cəza almasının səbəblərini izah edən rəsmi bəyanat yayıblar.

Seçilən
47
90deqiqe.az

1Mənbələr