AZ

Kadırovdan Putinə tarixi jest

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Ali Məhkəməsinin Plenumu sabah, oktyabrın 28-də keçiriləcək iclasda Qroznıda Putin Rayon Məhkəməsinin yaradılması ilə bağlı qanun layihəsini müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsi məlumat yayıb. Qeyd olunub ki, bu, keçmiş baş prokuror İqor Krasnovun Ali Məhkəmənin sədri kimi rəhbərlik etdiyi ilk plenum iclası olacaq.

Məhkəmənin mətbuat xidməti bildirir ki, toplantıda həmçinin korrupsiya qalmaqalına görə istefa verən İqor Momotovun yerinə Plenum katibinin seçilməsi də gündəmdədir.

Qeyd edək ki, Qroznının Putin rayonu 2024-cü ilin yazında, şəhər sakinlərinin təşəbbüsü ilə yaradılıb. Respublika rəhbəri Ramzan Kadırov bu ilin oktyabrında rayonda 330 min kvadratmetrdən çox yeni yaşayış sahəsinin istifadəyə verildiyini açıqlayıb. Tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı bildirilir.

Xatırladaq ki, Putin Rayon Məhkəməsinin yaradılması ilə bağlı ilk təşəbbüsü Çeçenistan rəhbəri Ramzan Kadırov irəli sürmüşdü.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr