AZ

​Türkiyə və Britaniya qırıcı təyyarələrinin alınması ilə bağlı saziş imzaladı

Türkiyə və Böyük Britaniya arasında “Eurofighter Typhonn” qırıcı təyyarələrinin alınması ilə bağlı saziş imzalanıb. Metbuat.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında açıqlama verib. O bildirib ki, saziş qırıcı təyyarələrinin alınması ilə bağlı qaydaları əhatə edir. Ərdoğanın sözlərinə görə, bu saziş Türkiyə ilə Birləşmiş Krallıq arasında müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Starmer isə bildirib ki, Böyük Britaniya və Türkiyə Avropanın kollektiv təhlükəsizliyi üçün birlikdə çalışır və Könüllülər Koalisiyası çərçivəsində Ukraynanı dəstəkləyir. Starmer vurğulayıb ki, “Eurofighter Typhoon” qırıcı təyyarələri Türkiyə Hərbi Hava Qüvvələrini güc qatacaq.

Seçilən
8
metbuat.az

1Mənbələr