Gələn ildən alimentin minimum məbləği artacaq.
Xezerxeber.az xəbər verir ki, gələn il üçün ölkə üzrə yaşayış minimumunun məbləği məlum olub. "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, ölkə üzrə sözügedən məbləğ 300 manat, uşaq üçün yaşayış minimumu isə 260 manat məbləğində müəyyən ediləcək.
Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablandığı üçün artım da buna uyğun hesablanacaq.
Sosioloqlar isə hesab edirlər ki, alimentin minimum məbləğinin artırılması boşanmalara da təsir edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.