Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin respublikanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda heç bir missiyası olmadığını açıqlayıb: “2026-cı il Dövlət Büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin daimi komitələrinin birgə iclasında çıxış edən Paşinyan qeyd edib ki, Ermənistan “döyüşə hazır ordu” anlayışını “müdafiə oluna bilən ordu”ya çevirməlidir, çünki “döyüşə hazır ordu” dedikdə, potensial döyüşün harada baş verə biləcəyi göstərilmir”.
“Müdafiə edilə bilən” sözü xüsusilə ölkənin öz ərazisini müdafiə etməyə hazırlığını ifadə edir. Bu konteksti vurğulamaq bizim üçün çox vacibdir: Ermənistan ordusu müdafiə oluna bilən olmalıdır, yəni Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini müdafiə edə bilməlidir.”, – Nikol Paşinyan bildirib.
Hər bir dövlət, beynəlxalq hüquqa uyğun olaraq, mümkün xarici müdaxilələr də daxil olmaqla, vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur”, – deyə Ermənistanın Baş naziri xatırladıb.
//Samir Qurbanov, Editor.az