BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan parlamentində 2026-cı ilin büdcəsinin müzakirəsi zamanı çıxış edən Baş nazir Nikol Paşinyan bildirib ki, ordu "döyüş qabliyyətli" deyil, "müdafiə qabliyyətli" adlandırılmalıdır.
"Bu çox vacibdir ki, gündəlik müzakirələrdə "döyüş qabliyyətli ordu" məfhumu dəyişdirilərək "müdafiə qabliyyətli ordu" məfhumuna çevrilsin", Armenpress Paşinyana isrtinadən yazıb.
O bildirib ki, Ermənistan ordusu müdafiə qabliyyətli olmalıdır ki, Ermınistan Respublikasının ərazi bütövlüyünü və suverenliyini qoruya bilsin.
Paşinyan həmçinin deyib ki, beynəlxalq hüquqa əsasən hər bir dövlətin öz vətəndaşlarını mümkün xarici müdaxilələrdən qormaq öhdəliyi var.
Parlamentdəki müzakirələrdə çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Morzoyan isə Azərbaycanla Ermənistan arasımda mövcud mübahisəli əraziləri diplomatik yolla həll edəcəklərini bildirib.
"Hərbi əməliyyatlar nəticəsində təxminən 200 kvadrat kilometrlik suveren ərazimiz hazırda Azərbaycanın nəzarətindədir. Həmçinin sirr deyil ki, bəzi ərazilər var ki, kağız üzərində, həmçinin beynəlxalq sərhədlərə əsasən Azərbaycana məxsusdur, amma bizim silahlı qüvvələrin nəzarətindədir. Biz belə bir razılığa gəlmişik və bu barədə müzakirələr etmişik ki, bu ərazilərin öz legitim sahiblərinə qaytarılması davam edən sərhədlərin delimitisaiya və demarkasiyası prosesi nəticəsində baş verməlidir", Mirzoyan deyib.
Rəsmi Bakı Azərbaycanın Ermənistan ərazilərini ələ keçirmək niyyətinin olmadığını bildirib.
Videoya YouTube kanalımızda baxın.