AZ

ABŞ-də britaniyalı jurnalist SAXLANILDI – Deportasiya ediləcək – FOTO

ABŞ-da britaniyalı jurnalist saxlanılıb və deportasiya ediləcək.

İnterpress.az xəbər verir ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) britaniyalı jurnalist Sami Hamdini 26 oktyabrda San-Fransisko hava limanında saxlayıb.

Həmdi ABŞ turu çərçivəsində Amerika-İslam Əlaqələri Şurası (CAIR) tərəfindən təşkil olunan tədbirlərdə çıxış etməli idi.

CAIR bəyan edib ki, jurnalistin saxlanılması onun İsrailə yönəlik açıq tənqidləri ilə əlaqədardır və bu addım “pro-İsrail lobbilərinin təzyiqi” nəticəsində atılıb.

Həmçinin bildirilir ki, jurnalistin viza statusu ləğv edilib və o, yaxın günlərdə ölkədən deportasiya olunacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr