AZ

Türkiyə və Böyük Britaniya “Eurofighter” qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə və Böyük Britaniya "Eurofighter Typhoon" qırıcı təyyarələrinin tədarükünə dair saziş imzalayıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Böyük Britaniyanin Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəd oktyabrın 27-də Türkiyə və Böyük Britaniya nümayəndə heyətləri arasında Ankarada baş tutan görüş zamanı imzalanıb: "Bu sazişi iki yaxın müttəfiq ölkə olaraq aramızdakı strateji əlaqələrin yeni simvolu kimi qiymətləndirirəm".

Qeyd edək ki, Türkiyə Böyük Britaniyadan 44 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarəsi alacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
4
azpolitika.info

10Mənbələr