AZ

Orban ABŞ a gedir: Trampla Rusiya müzakirəsi aparacaq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Orban Trampla Rusiya əleyhinə sanksiyaların Macarıstana təsirini müzakirə etməyə hazırdır

Globalinfo.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla Rusiyanın “Rosneft” və Lukoyl” şirkətlərinə qarşı yeni sanksiyaların təsirini müzakirə edə bilər.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib. O, Orbanın Vaşinqtona səfərinin gələn həftənin ikinci yarısında baş tutacağını təsdiqləyib.

Jurnalistlər Siyartodan bu sanksiyaların Rusiyadan neft, qaz və yanacaq asılılığı olan Macarıstana necə təsir edəcəyini soruşublar.

“ABŞ sanksiyaları tezliklə qüvvəyə minməyəcək. Bu tədbirlər hələlik enerji idxalı ilə bağlı heç bir itkiyə və ya problemə səbəb olmayıb. Ancaq zərurət yaranarsa, Baş nazir bu məsələləri Vaşinqtonda ABŞ prezidenti ilə şəxsən müzakirə edəcək”, – Siyarto vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
globalinfo.az

1Mənbələr