Bakı. Trend:
Luvr muzeyinin qarəti ilə bağlı Paris polisinin apardığıintensiv istintaq nəticəsində iki nəfər saxlanılıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, iki şübhəli hələ də axtarışdadır.
Məlumata görə, soyğunçular muzeydən qaçarkən çoxlu izlər vəəşyalar qoyublar. Bu dəlillər, eləcə də videomüşahidə görüntüləripolisə onların izinə düşmək imkanı verib. Hadisə yerində ADNnümunələri və barmaq izləri aşkarlanıb. İstintaqçılar qarət zamanıvə qaçış prosesindəki detallardan şübhəlilərin peşəkar olmadığınıanlayıblar. Qaçarkən oğurladıqları zinət əşyalarından biri yerədüşüb, həmçinin cinayətdə istifadə etdikləri qaldırıcı platformanıda hadisə yerində buraxıblar.
İstintaqa 100-dən çox müstəntiq cəlb olunub. Onlar Paris vəətraf bölgələrdəki təhlükəsizlik kameralarının görüntülərini analizedərək, cinayətkarların hərəkət marşrutunu addım-addım izləyəbiliblər.
