AZ

“Aİ-dən çıxmaq Fransanın bütün sahələrdə bərpası üçün şərtdir” – Flipp

“Fransanın Avropa İttifaqından (Aİ) çıxması ölkənin bir çox sahədə dirçəlməsinə töhfə verəcək”.

Busaat.az xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial mediada bildirib.

“Aİ-dən çıxmaq siyasətin, həqiqətin və Fransanın bütün sahələrdə bərpası üçün şərtdir!”,-deyə Filipp vurğuladı.

Siyasətçi Fransa Qanunvericilik Assambleyasının keçmiş üzvü Filip de Vilyesin bəyanatını da paylaşıb və qeyd edib ki, ölkə öz sərhədlərinə nəzarət etmək, qanunlar hazırlamaq, büdcə məsələləri, valyuta, ticarət və kənd təsərrüfatı ilə bağlı qərar vermək hüququna malik olmasa, müstəqil siyasətini itirəcək.

Bundan əvvəl Filippo ölkə hakimiyyətini Ukraynadakı münaqişəyə qarışmağı dayandırmağa çağırıb.

Yeganə

 

Seçilən
39
busaat.az

1Mənbələr