AZ

İş adamı Yusif Xəlilov həbsdən azad edildi

Sentyabr ayında Rusiyanın Voronej şəhərində rüşvət ittihamı ilə saxlanılan azərbaycanəsilli iş adamı Yusif Xəlilov azadlığa buraxılıb.

Far.Az xəbər verir ki, məlumatı "Kommersant" nəşri yayıb.

Nəşrin yazdığına görə, Xəlilov hazırda Azərbaycandadır və müəyyən vaxtdan sonra yenidən Voronejə qayıda bilər.

Xatırladaq ki, iş adamı "Yardi Superbar" restoranı, "Fort" kafesi və şəhərin ən iri ticarət məkanlarından biri olan "Alekseyevski" ərzaq bazarının sahibidir. O, Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (rüşvət vermə – 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur) ilə ittiham olunmuşdu.

İstintaqın versiyasına əsasən, bu ilin əvvəlində Yusif Xəlilov çağırış komissiyasının üzvü olan həkimə vasitəçi üzərindən 330 min rubl (təxminən 7 min manat) məbləğində rüşvət verdiyi iddia olunur. Məqsəd isə oğlunun hərbi xidmətə yararsız elan edilməsinə nail olmaq olub.

İş adamının vəkili Daniil Drobışev jurnalistlərə açıqlamasında cinayət işi ilə bağlı şərh verməkdən imtina edib.

Seçilən
47
far.az

1Mənbələr