AZ

“Yuventus” Kenan Yıldızın ailəsi ilə görüşdü - DETALLAR

“Yuventus” rəhbərliyi gənc hücumçu Kenan Yıldızın gələcəyi ilə bağlı mühüm addım atıb. İtaliya nəhəngi Çempionlar Liqasının qrup mərhələsində “Real Madrid”ə qarşı keçirilən görüşün ardından futbolçunun ailə üzvləri ilə görüş təşkil edib.

Fanat.Az "La Gazetta dello Sport" nəşrinə xəbər verir ki, bu görüşdə tərəflər Kenan Yıldızın “Yuventus”la yeni müqaviləsi barədə ətraflı müzakirələr aparıblar. Klub rəhbərliyinin əsas məqsədi istedadlı futbolçunu 2030-cu ilə qədər komandada saxlamaqdır.

Turin təmsilçisi Kenanı uzunmüddətli layihənin mərkəzində görür və onu gələcəyin liderlərindən biri kimi dəyərləndirir. Gənc oyunçunun performansı həm “Yuventus” azarkeşləri, həm də Avropa nəhənglərinin diqqətini cəlb edib. Buna baxmayaraq, klub rəhbərliyi onu buraxmaq niyyətində deyil və müqavilənin şərtlərini yaxşılaşdırmaqla oyunçunu komandada saxlamaq istəyir.

Kamil Xudiyev

Seçilən
17
1
fanat.az

2Mənbələr