AZ

Qəzadan sonra dediklərinə görə üzr istədi- VİDEO

Bakının bəzi ərazilərində bəzi köklü problemlər hələ də həllini tapmayıb. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, Yasamal rayonunda Uşaq Klinik Xəstəxanasının qarşısında səviyyəli, zebralı piyada keçidi yoxdur:

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin binası təmir olunsa da, qarşısında hələ də xaotik mənzərə hökm sürür - avtomobillər səkiləri zəbt edib".

Bununla belə, Ağamirzəyev müsbət dəyişiklikləri də diqqətə çatdırıb:

"Tbilisi prospektindən Salamzadə küçəsinə ayrılmış yeni avtobus zolağının çəkilməsi nəqliyyat axınının daha səmərəli və sürətli təşkilinə imkan yaradıb. Bu kimi məsələlər artıq dövlət səviyyəsində diqqət mərkəzindədir".

Xatırladaq ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda (Tədbirlər Planının 8.1.6.7-ci bəndi) açıq şəkildə qeyd olunur ki, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə səkilərin vəziyyəti araşdırılmalı, normativ tələblərə uyğun səki və panduslar inşa edilməli, zəbt hallarının qarşısı alınmalıdır.

Bakıda

Bakıda

Seçilən
20
avtosfer.az

1Mənbələr