AZ

Rəşad Dağlı əməliyyat olunub

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

"Unikal" "Bizim media"ya istinadən xəbər verir ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevin sözlərinə görə, meyxanaçı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:

“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.

Seçilən
40
36
unikal.az

10Mənbələr