Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti 21-23 oktyabr tarixlərində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş "İslah Xidmətləri Həftəsi"ndə iştirak edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.
Açılış mərasimində fəxri qonaq qismində çıxış edən nazir müavini konfransın işinə uğurlar arzulayıb. Tədbir penitensiar sahənin inkişafı, məhkumların islah prosesi, rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında panel və işçi iclaslarda müzakirələrlə davam edib.
Qeyd edək ki, səfər çərçivəsində Keniya daxili işlər nazirinin baş katibi, Syerra-Leone və Esvatinin nazir müavinləri - Penitensiar xidmət rəisləri ilə də görüşlər keçirilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ətraflı: https://justice.gov.az/news/4006










Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.