“Ukrayna ABŞ-dan uzun mənzilli “Tomaqavk” raketlərinə bənzər silahlar tələb edib ki, bu da hazırlamaq üçün daha az vaxt tələb edir”.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Biz təkcə “Tomaqavk”dan danışmırıq. ABŞ-ın çoxlu hazırlıq vaxtı tələb etməyən oxşar silahları var”, – deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, ABŞ prezidenti Donald Trampla söhbətinin əsas mövzusu Rusiyaya təzyiq olub.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin “Tomaqavk” raketlərinin Rusiya ərazisinə qarşı istifadə ediləcəyi təqdirdə dağıdıcı cavab veriləcəyi ilə hədələyib. Bundan başqa, Rusiya prezidenti Trampla telefon danışığında bu raketlərin Kiyevə ötürülməsinin Rusiya-Amerika münasibətlərinə xələl gətirəcəyi barədə xəbərdarlıq edib.
Yeganə