AZ

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan və BöyükBritaniya arasında ticarət əməliyyatlarının həcmi 955,5 milyon ABŞdolları təşkil edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cüilin eyni dövrünün göstəricisi ilə müqayisədə 359,7 milyon dollarvə ya 60,4 faiz çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət əməliyyatlarınınhəcm payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,73faizini təşkil edib. Beləcə, Böyük Britaniya Azərbaycanın ən çoxqarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələrinsırasında yeddinci yer tutub.

Belə ki, cari ilin yanvar- sentyabr aylarında AzərbaycandanBöyük Britaniyaya 241,2 milyon dollar dəyərində məhsul ixracolunub. Bu 2024-cü ilin analoji dövrünün göstəriciləri iləmüqayisəd 159 milyon dollar və ya 39,7 faiz azdır. Digər yandan,Böyük Britaniyadan Azərbaycana idxal isə sözügedən müddət ərzində714,3 milyon dollar həcmində olub ki, bu da illik ifadədə 518,7milyon dollar və ya 3,7 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanxarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eynidövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faizçoxdur.

Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dollarıixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötənilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (vəya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (və ya14,5 faiz) artıb.

Seçilən
48
3
az.trend.az

4Mənbələr