AZ

Cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mundial 2026-cı ilin 4-11 oktyabrında Bakıda baş tutacaq: "Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq. Çempionat axırıncı dəfə 2018-ci ilin sentyabrında Bakıda keçirilmiş, turnir möhtəşəm ab-havası və yüksəksəviyyəli çıxışlarla yadda qalmışdı". Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır: "Dövlət başçısının həm böyük, həm də gənc yaş qruplarındakı cüdoçuları yaxından tanıması, onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir". AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
azvision.az

1Mənbələr