AZ

Finlandiyada zoopark 1 avroya satıldı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finlandiyanın şimal-qərbində yerləşən Extari zooparkı iflasdan sonra cəmi 1 avroya satılıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin “Yle” tele-radio şirkəti məlumat yayıb.

Məlumata görə, sövdələşməyə zooparkın idarəsində olan torpaq icarə hüquqları və əmlak, həmçinin zoopark və fermada olan heyvanlar, avadanlıqlar, yem ehtiyatı, texnika və nəqliyyat vasitələri daxildir.

Zooparkı müəssisənin keçmiş və hazırkı əməkdaşlarından ibarət assosiasiya satın alıb. Yeni rəhbərlik heyvanlara qulluqla bağlı öhdəlikləri yerinə yetirməklə fəaliyyətini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, zoopark rəhbərliyi bu ilin oktyabr ayının əvvəlində turist axınının azalması səbəbindən iflas üçün müraciət etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
unikal.az

1Mənbələr