AZ

Sumqayıtlıları səhər saatlarında üz-üzə qoyan avtobuslar – VİDEO

Sumqayıtdan paytaxt Bakıya getmək üçün nəqliyyat vasitəsi tapmaq günü-gündən çətinləşir.

NOCOMMENT.az xəbər verir ki, sumqayit24.az-a müraciət edən şəhər sakinləri bildirirlər ki, səhər saatlarında avtovağzalda vəziyyət dözülməz həddə çatır. İşə və dərsə tələsən yüzlərlə insan 594 və 595 nömrəli marşrut avtobuslarını gözləyərkən böyük sıxlıq yaranır.

Sərnişinlərin sözlərinə görə, bu avtobuslar arasında interval 15–20 dəqiqə təşkil edir və dayanacağa çatan kimi nəqliyyat vasitəsi dolur. Nəticədə insanlar avtobusa minmək üçün bir-birini itələməyə, əzilməmək üçün mübarizə aparmağa məcbur qalırlar. Bəzi hallarda yer üstündə mübahisə və dartışmalar yaşanır.

Şikayətçilər bildirirlər ki, 20 dəqiqə avtobus gözləmək həm də vaxt itkisinə səbəb olur:

“Hər saniyənin önəmli olduğu səhər saatlarında yaranan bu vəziyyətə görə insanlar həm dərsə, həm də işə gecikirlər”.

Sakinlər aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini tələb edirlər:

“Ya avtobusların sayı artırılmalı, ya da interval azaldılmalıdır. Həmçinin sərnişin axınının idarə olunması üçün dayanacaqlarda xüsusi sıralama sistemi qurula bilər.

Əks halda vəziyyət daha da ağırlaşacaq və insanlar hər səhər fiziki və psixoloji gərginliklə üzləşməyə davam edəcəklər”.

Seçilən
38
nocomment.az

1Mənbələr