AZ

“Putinə təzyiqlər davam etməlidir” – Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampın yeni sanksiyaları Rusiyanın hərbi maşınını sıradan çıxaracaq, lakin Ukraynanın Vladimir Putini sülh bağlamağa məcbur etmək üçün hələ də uzaqmənzilli raketlərə ehtiyacı var.

Busaat.az xəbər verir ki, Zelenski bu barədə “Axios”a müsahibəsində deyib.

Zelenski sanksiyaların vacib olacağını söyləyib, lakin Tramp təzyiqi artırmasa, Putinin yerindən tərpənməyəcəyini açıqlayıb.

“Prezident Tramp eskalasiyadan narahatdır. Amma düşünürəm ki, danışıqlar olmasa, eskalasiya onsuz da baş verəcək. Düşünürəm ki, Putin dayanmasa, onu dayandırmaq üçün nəsə lazımdır. Sanksiyalar belə silahlardan biridir, lakin bizə uzaqmənzilli raketlər də lazımdır”, – deyə Zelenski bildirib.

Yeganə

 

Seçilən
26
busaat.az

1Mənbələr