AZ

Balaxanı Mehdiabad yolunda təhlükə saçan “Ford” sürücüsü 77 VY 983 VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Balaxanı–Mehdiabad yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 29-da saat 13:28 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-VY-983 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü ondan öndə olan maşınları ötmək üçün əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən, hadisə qəzaya səbəb olmayıb.

Qeyd edək ki, qarşıdan gələn nəqliyyat axını olan yolda ötmə yalnız tam təhlükəsiz şəraitdə və yol nişanları ilə icazə verilən yerlərdə mümkündür. Əks zolağa çıxmaq, saniyələr içində faciə ilə nəticələnə biləcək ən riskli qayda pozuntularındandır. Unutmayın, bir anlıq tələskənlik həyat bahasına başa gələ bilər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
avtosfer.az

1Mənbələr