AZ

Türkiyədə 150-dən çox futbol hakimi mərc oyunlarında iştirak edib

Türkiyədə futbol hakimləri ilə bağlı ciddi qalmaqal ortaya çıxıb.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamasına görə, aktiv fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc oyunlarında hesabı olduğu müəyyən edilib.

Onlardan 152 nəfərin birbaşa olaraq mərc oyunlarına pul yatırdığı da təsdiqlənib.

İbrahim Hacıosmanoğlu bildirib ki, TFF-nin Nizam-İntizam Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və yaxın günlərdə müvafiq cəzalar açıqlanacaq. O, həmçinin məsələnin FİFA və UEFA-ya da bildirildiyini vurğulayıb.

Mövcud qaydalara əsasən, mərc oyunlarında iştirakı sübuta yetirilən hakimlər 5 ilədək futbol oyunlarını idarə etməkdən uzaqlaşdırıla bilər.

Hadisə Türkiyə futbolunda son illərin ən ciddi etik pozuntularından biri kimi qiymətləndirilir.

Seçilən
51
1
tribunainfo.az

2Mənbələr