AZ

Dava düşən qurultay nə vaxt keçiriləcək? Fəzail Ağamalıdan yeni açıqlama

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı növbədənkənar qurultayda sədr kreslosu uğrunda oğlu ilə arasında baş verən qalmaqalda səhhətinin pisləşməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Sədr Qaynarinfo-ya hazırda özünü yaxşı hiss etdiyini və narahatlıqlarının aradan götürüldüyün bildirib:

"Yaxşıyam, şükür Allaha. Səsim də normal və gur gəlir. Baxıram ki, narahat olanlar çoxdur. Mənə görə narahat olanlara dərin təşəkkürümü bildirirəm".

"Yarımçıq qalan qurultay öz işini nə vaxt davam etdirəcək" sualına Fəzail Ağamalı belə cavab verib:

"Bu barədı əlavə məlumat verəcəyik".

Bir neçə gün öncə Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında qalmaqal yaşanıb. Elçin Ağamalı atasından sonra partiyanın sədri seçildiyini vurğulasa da, atası oğlunun bu açıqlamasını əsassız sayıb.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
qaynarinfo.az

1Mənbələr