Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Cənubi Qafqaz regionunda Avronest Parlament Assambleyasının (PA) sessiyası keçirilir. Lakin Gürcüstan və Azərbaycan bu tədbirdə iştirak etmir. Bu, Avropa Parlamentinin davranışında nəyinsə səhv olduğunu göstərir. Biz yalanları həqiqətdən üstün tutan təşkilatların tədbirində iştirak etmək niyyətində deyilik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Avronest AP-nin bu iclasında “Şərq Tərəfdaşlığı”nın yalnız iki ölkəsinin - ev sahibi Ermənistanın və Ukraynanın təmsil olunması faktı da özlüyündə Avropa Parlamenti tərəfindən nəyinsə düzgün edilmədiyini göstərir.
Gürcüstanın parlament nümayəndə heyəti İrəvanda Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etmədiyini vurğulayan Ş.Papuaşvili bildirib: "Avronest PA-nın son vaxtlardakı hərəkətləri Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsipləri və məqsədləri ilə uyğunsuzluğuna görə ciddi narahatlığa səbəb olur".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.