AZ

İndiyə qədər tapılan ən qədim şərab

Arxeoloqlar bu günə qədər aşkar edilən ən qədim maye şərabı təxminən 2000 il əvvəl möhürlənmiş Roma məzar küpünün içində, yandırılmış insan külü ilə birlikdə tapıblar.

“Yeni Sabah” xəbər verir ki, İspaniyanın cənubundakı Karmona şəhərində yerləşən bir Roma məbədində işləyən arxeoloqlar tarixin ən nadir tapıntılarından birinə imza atıblar - bu günə qədər aşkar edilən ən qədim maye şərab.

Təxminən 2000 il əvvəl möhürlənmiş bir məzar küpünün içində, yandırılmış insan külü ilə birlikdə tapılan bu qədim içki, təkcə Roma dövrü şərabçılığına deyil, həm də həmin dövrün maraqlı dəfn mərasimlərinə və kişi-qadın cinsiyyət fərqlərinə işıq salır. Toyuqlu pizza

2019-cu ildə aparılan qazıntılar zamanı bir Roma məzarında içində qəribə bir maye olan küp aşkarlanıb. Adətən belə tapıntılar yalnız qurumuş qalıqlardan ibarət olur, lakin bu mayenin indiyədək pozulmadan qalması böyük sürpriz sayılıb.

Aparılan kimyəvi analizlər mayedə şəraba xas olan polifenolların (biomarkerlərin) olduğunu təsdiqləyib. Amma ən maraqlısı onun rəngi olub. Hazırda qəhvəyi-qırmızı çalarlı olsa da, analizlər göstərib ki, bu qədim içki əslində ağ şərab imiş. Rəngin zamanla dəyişməsinin səbəbi isə əsrlər boyu baş verən kimyəvi reaksiyalar və ən əsası, küpə qoyulan Roma kişisinin yandırılmış külü ilə qarışması olub.

Tədqiqatlar göstərib ki, bu qədim şərab, bu günki bəzi Andalusiya şərabları kimi, yüksək miqdarda kalium tərkiblidir. Lakin alimlər bu elementin yalnız torpaqdan və ya şərab hazırlanma üsulundan qaynaqlanmadığını düşünürlər. Şərabın içində Roma kişisinə aid yandırılmış sümük qalıqlarının olması, mayenin zamanla həmin küllərdəki minerallarla zənginləşdiyini göstərir. 

Bu kəşf təkcə kimyəvi sirləri deyil, həm də Roma dövrünün sosial və dəfn ənənələrini üzə çıxarıb. Şərabla dolu küpün bir kişiyə aid olması təsadüfi deyil. Çünki qədim Romada qadınların şərab içməsi qadağan idi və sosial tabu sayılırdı.

Bu fərqi sübut edən başqa bir tapıntı da yaxınlıqdakı bir qadın məzarından çıxıb. Həmin küpdə şərab yox, o dövrdə qadınlarla əlaqələndirilən qiymətli daşlar, ətir şüşəsi və ipək parçalar tapılıb.

Bu açıq fərqlər göstərir ki, Roma dəfn mərasimləri sadəcə bir dəfn prosesi deyildi. O, mərhumun statusunu, var-dövlətini və cəmiyyətdəki cinsi rolunu əks etdirən simvolik rituallar idi. Həmin məzardakı şərab təkcə içki deyil, həm də o dünyada kişiyə təqdim edilən, onun kimliyini və mövqeyini təsdiqləyən müqəddəs bir qurban idi.

Nəticə etibarilə, bu 2000 illik şərab arxeologiya, kimya və antropologiyanın birləşdiyi nadir tapıntıdır və qədim Roma dövrünün dadlarına, inanclarına və sosial qaydalarına misilsiz bir baxış təqdim edir.

Aydan Hacı 

 


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr