AZ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynadan

Ukraynadakı müharibədən əziyyət çəkən daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün 10 günlük Azərbaycana gətirilib.

Reyting.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib.

Agentliyin təşkilatçılığı ilə Azərbaycana gətirilən Ukraynalı uşaqlar üçün Bakıda yerləşən düşərgədə milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.

Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Növbəti günlərdə onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.

Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.
Seçilən
15
18
reyting.az

10Mənbələr