AZ

Hakimlərin mərc oyunları açıqlandı: Baş Prokurorluq araşdırma aparır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, peşəkar liqalarda fəaliyyət göstərən hakimlərin bir neçəsinin mərc oynadığına dair ciddi məlumatlar açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Hacıosmanoğlu bildirib ki, 571 hakimdən 371-nin mərc hesabı var və onlardan 152-si aktiv şəkildə mərc oynlarının iştirakçısıdır.

Hacıosmanoğlu detalları açıqlayıb:

7 üst dərəcəli hakim,15 üst dərəcəli köməkçi hakim,36 dərəcəli hakim,94 dərəcəli köməkçi hakim aktiv mərc oyunları ilə bağlıdır.

Məlumatlara görə, bəzi hakimlər minlərlə oyunda mərc edib, bir hakim isə təkcə 18 min 227 dəfə mərc oynayıb.

Federasiya rəhbəri bildirib ki, İntizam Komitəsi dərhal araşdırmalara başlayacaq və pozuntulara uyğun cəzalar tətbiq ediləcək. O, həmçinin klub rəhbərlərinə çağırış edərək, futbol ailəsinin öz daxilində yoxlamalar aparmasını tövsiyə edib:  “Biz federasiya olaraq işimizi gördük, indi növbə klublardadır. Bütün futbol ailəsi öz daxilində yoxlamalar aparmalıdır”, - deyə qeyd edib.

Hacıosmanoğlu həmçinin vurğulayıb ki, mövzu FIFA və UEFA ilə paylaşılıb və qaydalar bu qurumlar tərəfindən də açıq şəkildə müəyyən edilib. Gənc hakimlərin yetişdirilməsi üçün 81 vilayətdə kurslar açılacaq, universitet səviyyəsində təlim keçdikdən sonra Türk hakimliyinə qatılacaqlar.

Baş Prokurorluq məsələ ilə bağlı yaydığı bəyanatda: “Qanunsuz mərc oyunları ilə bağlı istintaq fasiləsiz davam edir. TFF prezidentinin açıqlaması rəsmi məlumat kimi qəbul edilir. Aidiyyəti şəxslər haqqında qanun pozuntuları üzrə araşdırmalar daha da dərinləşdirilərək davam etdiriləcək”, - deyə qeyd edib.

Prokurorluq həmçinin vurğulayıb ki, araşdırmalar hüquqi prosedurlar çərçivəsində açıq şəkildə ictimaiyyətə təqdim olunacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
icma.az

1Mənbələr