"Sumqayıt" daha bir basketbolçunun transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, onlar müqavilə ilə "Sabah"a məxsus olan Hüseyn Qaflanovu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, gənc basketbolçu karyerası ərzində "Real Madrid Academy", "Valencia Basket Academy", VKM, "Southern California Academy", "DME Wisconsin" kimi klublarda çıxış edib.