İsrail Türkiyənin Qəzzaya hərbi qüvvə göndərməsini qəbul etməyəcək.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
O, Budapeştdə keçirilən mətbuat konfransında qeyd edib ki, silahlı qüvvələr göndərmək istəyən ölkələr İsrailə qarşı ədalətli mövqe tutmalıdır:
“Türkiyə İsrailə qarşı düşmənçilik mövqeyi nümayiş etdirib. Buna görə də onların Qəzza zolağına hərbi qüvvə göndərməsinə icazə verməyimiz mümkün deyil və biz buna razı olmayacağıq. Bu mövqeyi amerikalı tərəfdaşlarımıza da çatdırmışıq”.