AZ

Bakıda işəgötürənlər üçün maarifləndirici tədbir keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsinə dəstək məqsədilə “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir 5 saylı DOST Mərkəzində təşkil olunub. Görüşdə DƏMX-in tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən 40-dan artıq işəgötürən iştirak edib.

Tədbir zamanı iştirakçılara müvafiq mövzular üzrə əmək qanunvericiliyinin tələbləri və normativ hüquqi aktlar barədə ətraflı məlumat verilib. Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi istiqamətində göstərilən dəstək barədə məlumat təqdim olunub.

Bundan əlavə, yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib və işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

 

Seçilən
64
azertag.az

1Mənbələr