
Bakıda ümumilikdə 213 binada istilik təchizatı xidmətlərindən istifadə edən mənzillərin sayı hər bina üzrə 10 və ya daha az olub.
Missiya.Az xəbər verir ki, bu qənaətə Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq "Azəristiliktəchizat" ASC-də aparılan uyğunluq auditindən sonra gəlib.
Ümumilikdə isə 4 670 mənzildə istilik xidməti alanların xüsusi çəkisi 20 %-dən aşağı olub.
Palata qeyd edib ki, bu vəziyyət illərdir istilik təchizatı sisteminin modernləşdirilməsinin və abonent bazasının genişləndirilməsinin lazımi səviyyədə həyata keçirilməməsi ilə bağlıdır.