ABŞ prezidenti Donald Tramp Asiya turunun ikinci dayanacağı olan Yaponiyaya səfər edib.
Publika.az "CNN"ə istinadən xəbər verir ki, Tramp bu gün Tokioda İmperator Naruhito ilə görüşəcək.
Eyni zamanda ABŞ lideri sabah Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə də görüşəcək və Yokosuka Hərbi Bazasını ziyarət edəcək.
Trampın Tokioda biznesmenlərlə də şam yeməyində görüşməsi gözlənilir.