AZ

"Ermənistan tezliklə Aİ ilə vizasız gediş-gəliş üçün fəaliyyət planı imzalayacaq"

"Ermənistan və Avropa İttifaqı vizasız rejimin tətbiqinə zəmin yaradacaq fəaliyyət planı imzalamağa hazırlaşır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazirin sözlərinə görə, vizasız sazişə hazırlıq bir çox digər ölkələrlə müqayisədə daha yüksək sürətlə gedir.

"Biz artıq son mərhələdəyik. Tezliklə razılaşdırılmış fəaliyyət planını imzalayacağıq və onun həyata keçirilməsi Avropa İttifaqı ilə vizasız gediş-gəlişin əldə edilməsi üçün əsas şərt olacaq", - o qeyd edib.

Xarici işlər naziri həmçinin bəyan edib ki, Ermənistan və Avropa Komissiyası 2017-ci ilin noyabrında imzalanmış sənədi əvəz etmək üçün nəzərdə tutulan yeni Tərəfdaşlıq Sazişinin hazırlanmasının 99%-ni başa çatdırıb.

Seçilən
46
operativmm.az

1Mənbələr