AZ

"Tərəflər istəsələr, Cənubi Afrikada danışıqlar keçirməyə hazırıq"

"Cənubi Afrika Respublikası Ukraynada baş verən münaqişənin sülh yolu ilə həllinə dair axtarışlarda daimi şəkildə iştirak edir və Moskva ilə Kiyev arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa deyib.

“Cənubi Afrika Respublikası Ukraynada böhranın həll yollarını tapmaq üçün Afrika sülh təşəbbüsündə iştirak edir. Əgər tərəflər istəsələr, Cənubi Afrikada danışıqlar keçirməyə hazırıq. Cənubi Afrika bu münaqişədən uzaqda yerləşir, lakin bizim xarici siyasətimiz mübahisələrin danışıqlar yolu ilə həllinə yönəlib", -  o qeyd edib.

Prezident əlavə edib ki, o və digər Afrika liderləri bu təşəbbüs çərçivəsində Moskva və Kiyevə səfər etməyə, belə danışıqlar üçün zəmin hazırlamağa hazırdırlar.

 “Afrika ölkələrinin üstünlüyü ondadır ki, onlar hər iki tərəflə - həm Rusiya, həm də Ukrayna ilə danışa bilirlər. Cənubi Afrikanın həm Moskva, həm də Kiyevlə dialoqu davam etdirmək üçün xüsusi imkanları var. Mən Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə mütəmadi əlaqə saxlayıram. Onlardan məlumat alıram və onlarla telefon vasitəsilə danışmaq imkanım var. Mən onları münaqişəni sülh danışıqları yolu ilə həll etməyə çağırıram. Biz həm Moskva, həm də Kiyevlə nazirlik səviyyəsi də daxil olmaqla müxtəlif səviyyələrdə təmasdayıq. Cənubi Afrika onların arasında sülh danışıqlarının başlanmasına yardım etməyə hazırdır”, - Ramafosa bildirib.

Seçilən
18
1
operativmm.az

2Mənbələr