ABŞ-da Respublikaçı senator Lindsi Qraham Venesuela prezidenti Nikolas Maduronu ölümlə təhdid edib.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, senator ABŞ-ın Latın Amerikasındakı hadisələrə nəzarət etməsinin vacibliyini vurğulayıb.
O, Maduro administrasiyasını ABŞ üçün təhdid kimi təsvir edib: "Venesuela amerikalıların qanına girmiş bir ölkədir. Onlar Birləşmiş Ştatları narkotiklərlə zəhərləyirlər".
Qraham Maduronun dinc yolla vəzifəsindən getməyəcəyini, lakin tezliklə devriləcəyini söyləyib: "Ümid edirəm ki, o, dinc yolla gedəcək, amma düşünmürəm ki, uzun müddət qalacaq. Tramp Venesuelanın ABŞ-ı zəhərləməsindən bezib".