1-ci Liqanın 6-cı turunda "Zaqatala"nın qonağı olan "Mingəçevir" çətin səfər matçında 3:2 hesablı qələbə qazanaraq çempionluq yarışından qopmadı.
"İşıqçılar"ın heyətində dubl edən 28 yaşlı vinger Kennet Kalunqa bölgə təmsilçisinə gəlişi və vurduğu qollar barədə fikirlərini Fanat.Az-a bölüşüb.
"Yaxşı yerləşə bildim. Hər kəs məni yaxşı qarşıladı. Şəhər gözəldir. Sıxlıq deyil, sakitlikdir. Yaxş komandamız var.
"Zaqatala" ilə oyunda fərqləndiyim üçün şadam. Xüsusilə bu, komandanın 3 xal qazanmasına kömək etdiyinə görə qol vurmaq yaxşı hissdir. Mən həmişə qol vurmaqdan və komandaya qalib gəlmək üçün başqa yollarla da kömək etməkdən məmnunam".
Zambiyalı legioner Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə "Qəbələ"yə qarşı kefirəcəkləri matç barədə də danışıb: "Hər kəs kubok oyununu səbirsizliklə gözləyir. Bu, həm komanda, həm də fərdi olaraq öz keyfiyyətimizi göstərmək üçün yaxşı bir sınaqdır. Komanda bütün oyunlara olduğu kimi, bu matça da hazırlaşır. Azarkeşlərdən bizə dəstək olmağı xahiş edirik, çünki biz onların komandasını və şəhərini təmsil edirik".
Nihat