AZ

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Bakı. Trend:

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İBməlumat yayıb.

Bildirilib ki, Yasamal, Sabunçu və Xətai rayonlarında qazxətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar28.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatınındayandırılması planlaşdırılır.

"Təmir işləri aparılan müddətdə Yasamal rayonu üzrə Azadlıq,Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektlərinin, eləcə dəM.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova,M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı,T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani,R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviçküçələrinin, Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsi, Qurtuluş vəK.Kərimov küçələrinin, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunun, Xətairayonu üzrə isə H.Salmani küçəsinin qaz təchizatında müvəqqətifasilə yaranacaq",- deyə əlavə edilib.

Məqalədə:
Seçilən
18
30
az.trend.az

10Mənbələr