Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Səbir ağacı" və ya "aqava" kimi tanınan bitki, əslində Meksikanın ətli bir növü olan "agave" bitkisidir. "Səbir" sözü bitkinin ömründə yalnız bir dəfə çiçək açmasından və bu çiçəklənmənin uzun illər davam etməsindən irəli gəlir.
Agave dekorativ məqsədləri, eləcə də agave siropu kimi təbii dadlandırıcıların istehsalı və liflərinin tekstil və sənətkarlıqda istifadəsi ilə tanınır.
Səbir ağacı ömründə yalnız bir dəfə çiçək açır. Növlərdən asılı olaraq 1,5 ilə 2,5 metrə qədər böyüyə bilər.
Aqavanın tərkibindəki saponin sayəsində iltihab əleyhinə, antibakterial və antioksidant xüsusiyyətlərə malik olduğu düşünülür. Düzgün istehlak edildiyi zaman arıqlamağa kömək edə bilər.
Səbr ağacı və ya səbr otu əsasən dekorativ məqsədlərlə əkilir. Yəni həyətində səbr ağacı olan şəxs istədiyi zaman onun siropunu əldə edib istifadə edə bilməz. Bu, sağlamlıq üçün təhlükəli ola bilər. Səbr ağacının siropu xüsusi olaraq əldə edilərək istfadə edilir.
Bəzi iddialara görə, səbr ağacının yarapaqları oynaq ağrılarını aradan qaldırır. Bunun üçün yarpaqları ağrıyan bölgəyə sarımaq lazımdır. Qeyd edək ki, bu məlumat sadəcə bir iddiadır.
Azərbaycanda səbr ağacından dekorativ məqsədlərlə istifadə olunur.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.