AZ

İran: Rusiyadan “S-400” tələb etməmişik

İran:

İranın Moskvadakı səfiri Kazım Celali İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasını Rusiya ilə münasibətlərdə baş verən hadisələrlə bağlı məlumatlandırıb.

Reyting.az
xəbər verir ki, Celali ölkəsinin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemi almaq tələbi olmadığını bildirib.

Ölkə arasında münasibətlərin inkişaf etməkdə davam etdiyini bildirən İran səfiri Rusiyanın İranın nüvə fəaliyyəti ilə bağlı siyasətini dəstəklədiyini və Moskva administrasiyasının İsrailin hücumundan xəbərsiz olduğunu bəyan edib.

Qeyd edək ki, bəzi qərb mediası İranın Rusiyadan "S-400" aldığını və onun İsfahan şəhəri yaxınlığında sınaqdan keçirildiyini yazıb.

İranın Moskvadakı səfiri Celali bu iddiaları faktiki təkzib edib.

Onu da qeyd edək ki, İsrailin iyun ayında İrana hücumlarından sonra Rusiyanın "Su-35" qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemlərinin İrana satışında qeyri-müəyyənlik mübahisələrə səbəb olub.

E. KAMAL
Seçilən
14
1
reyting.az

2Mənbələr