2026-ci il yanvarın 1-dən Azərbaycanda bütün ölkə üzrə İcbari tibbi sığortadan pulsuz istifadə dövrü böyük əhali qrupu üçün bitir və səhiyyədə çətin dövr başlayır.
“Medicina” xəbər verir ki, işləməyən, vergi ödəməyən, rəsmi iş yeri olmayan hər kəs əlavə olaraqaylıq tibbi sığorta haqqı ödənişi etməsə, 90% tibbi xidmətdən pulsuz istifadə edə bilməyəcək.
Əsas məsələlərdən biri təcili təxirəsalınmaz yardım və doğuşdur.
Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.
Bəs yeni ildən hamilə qadınların doğuş məsələsi necə olacaq. Bu xidmət qadının işləməsindən və ödənişindən asılı olmayaraq, yenə də İTS-lə qarşılanacaqmı?
Əgər yeni qaydalar qanunla qüvvəyə minərsə, o zaman rayonlar da daxil olmaqladoğuş və keysəriyyədə ciddi riskli vəziyyətlər yarana bilər.
Mövzu ilə bağlı sualları İcbari Tibb Sığorta üzrə Agentliyə yönləndirdik. Rəsmi məlumatda bildirildi ki, “bu məsələlər “Tibbi Sığorta haqqında Qanunla tənzimlənir.
Bu qərarlar qanunverici orqan Milli Məclis tərəfindən qəbul olunur. Hələ ki, 2026-cı il üçün qeyd olunan məsələlər və işləməyən əhali kateqoriyası üçün ödənişli tibbi xidmət belə qanunla qəbul olunmayıb. Bu sadəcə gündəndə olan məsələdir. Belə bir qanun qüvvəyə minərsə, ona uyğun şərtlər açıqlanacaq”.
Aygün Musayeva