AZ

İngiltərə klubu futbolçusu ilə yeni müqavilə imzalayıb

Bakı, 27 oktyabr, AZƏRTAC

İngiltərənin “Aston Villa” komandası futbolçusu Metti Keşlə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, polşalı müdafiəçi ilə sözləşmə 2029-cu ilin yayına qədər uzadılıb.

2020-cı ildən Premyer Liqa təmsilçisinin formasını geyinən M. Keş bu müddət ərzində 148 matçda 7 qol vurub.

 

Seçilən
45
1
azertag.az

2Mənbələr