AZ

Estoniya və Ukrayna XİN başçıları görüşüb

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Baltikyanı respublikanın 2027-ci ildə Ukraynanın bərpasına dair beynəlxalq konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Busaat.az xəbər verir ki, o, Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sybiha ilə görüşündən sonra X-də yazıb.

“Ukrayna ilə anlaşma memorandumunu imzalamaqla, Estoniya 2027-ci ildə Tallinndə Ukraynanın bərpası ilə bağlı konfransa ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyir”.

10-11 iyul tarixlərində Romada URC 2025 Ukraynanın Bərpası Konfransı keçirilib. Avropa hökumətlərinin, parlamentlərinin və biznes qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransın əsas mövzusu Ukraynada mülki infrastrukturun bərpasına investisiya qoyuluşu olub, lakin Avropa liderləri Kiyevə hərbi dəstəyi də müzakirə ediblər. Konfransda Ukraynanın bərpası üçün 10 milyard avro investisiya cəlb etmək məqsədi daşıyan yeni Avropa fondunun yaradılması elan edilib.

Yeganə

 

Seçilən
43
busaat.az

1Mənbələr