AZ

“Kontakt Home”un 7.6 milyon vergi borcu var Sanksiyalar nəzərdə tutulur...

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.

“AzPolitika” bildirir ki, bu barədə ”İqtisadiyyat.az” kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, “ABC-Telecom”un Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7, 672, 122.25 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
9
azpolitika.info

10Mənbələr