Hurriyyet.az xəbər verir ki, Erməistanın xarici işlər naziri Ararat Mirzoyan bölgənin nəqliyyat və infrastruktur şəbəkələrinin açılmasından danışarkən Yerasx (Arazdəyən) – Sədərək ərazisinin də açılmalı olduğunu bildirib. Mirzoyan deyib: "Bu, regiondakı infrastrukturun açılmasının başlanğıcı və davamı olmalıdır".
Ararat Mirzoyan Azərbaycanla əldə edilən bütün razılaşmaların hər iki ölkə üçün qarşılıqlı faydalı olduğunu deyib. O, qonşular arasında sülhün bərqərar olmasının region üçün mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Mirzoyan razılaşmaların həyata keçirilməsi üçün təminatlarla bağlı sualları cavablandırarkən qeyd edib: "Qazandığımız şey bizim üçün faydalıdır, Azərbaycanın qazandığı şey isə onlar üçün vacibdir. Bu, maraqlar balansını yaradır və razılaşmalara riayət olunmasını təşviq edir".
Nazir həmçinin vurğulayıb ki, superdövlətlər də daxil olmaqla, üçüncü tərəfin iştirakı razılaşmalara riayət olunmasının təmin edilməsi üçün vacib şərt deyil. Bununla yanaşı o, ABŞ prezidenti Donald Trampın iştirakının əlavə faydalar verə biləcəyini qeyd edib.
Hürr Tərcüman